PDF Oxu

Siyasət

  • 6

“Azəryolservis”in əməkdaşları təltif olunub

“Azəryolservis”in əməkdaşları təltif olunub
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərindən Hacıyev Vaqif Adıxan oğlu "Şöhrət" ordeni ilə, Abdullayev Əlixan Hüseyn oğlu, Ağayev Elçin Hilal oğlu, Babayev Mirvan Baba oğlu, Bərxudarov Elşad Qəzənfər oğlu, Hüseynov Tofiq Hüseyn oğlu, Xankişiyev Əmirullah Əliyulla oğlu, Xudaquliyev Babaqulu Şaman oğlu, İbrahimov İslam Məhəmməd oğlu, Quliyev Məzahir Əvəz oğlu, Quliyev Murad Nizam oğlu, Məmmədov Camal İsaq oğlu, Məmmədov Ənvər Cankişi oğlu, Nəbiyev Nizam Bəkir oğlu, Vəliyev Əmrah İsmixan oğlu "Tərəqqi" medalı ilə təltif olunub.
Prezidentin digər Sərəncamı ilə Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin bir qrup işçisinə - Hüseynov Bayram Qənbər oğlu, Hüşənov Şaban Əbdüllətif oğlu və Kazımov Xaqani İsmayıl oğluna
"Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilib.

Digər xəbərlər