PDF Oxu

Siyasət

  • 8

Kia Motorsun növbəti “Qızıl Açar” lotoreyası başa çatıb

Kia Motorsun növbəti “Qızıl Açar” lotoreyası başa çatıb
Kia Motors Azərbaycanın keçirdiyi "Qızıl Açar" stimullaşdırıcı tirajlı lotoreyasının növbəti mərhələsi başa çatıb. Bu barədə KİA Motors Azərbaycan PR, Reklam və Marketinq Departamentinin direktoru İlahə Tağıyeva məlumat verib. O bildirib ki, Kia Motorsun baş ofisində müştərilərin və KİV nümayəndələrinin iştirakı ilə uduş kampaniyası keçirilib: "Budəfəki uduşda Kia Rio avtomobili ilə yanaşı 3 ədəd televizor, 4 İpod, 5 ədəd DVD oynanılıb. Bu kampaniyada kredit vasitəsilə avtomobil əldə edən 1 şans, nəğd yolu ilə alanlar isə 2 şans qazanıblar. Kampaniya KİA-nın bütün satış salonlarından avtomobil alanlara şamil edilib". İ.Tağıyeva bildirib ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının prezidenti Natiq Zərbəliyev qutudan bir açar çıxartdı və bununla da super-priz Kia Rionun qalibi müəyyən edildi: "Bu dəfə Rionun sahibi Sumqayıt şəhər sakini, təqaüdçü Pənahəliyev Əkrəm Cəmiloğlu olub. Daha sonra 5 açar DVD üçün, 4 açar İpod üçün, 3 açar isə televizor üçün çıxarıldı və qaliblərə hədiyyələr təqdim olundu". Qeyd edək ki, alıcıların marağına səbəb olduğundan bu kampaniya il ərzində bir neçə dəfə keçiriləcək. Növbəti tiraj isə martın 28-də olacaq. Bu tirajda da bahalı hədiyyələr və super-priz Kia avtomobili oynanılacaq.

Digər xəbərlər