Prezident Qoran Lenmarkeri qəbul edib
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı İlham Əliyev bu gün ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkeri qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.