PDF Oxu

Siyasət

  • 6

ƏDLİYYƏ NAZİRLİYİNƏ BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR 1.615 MÜRACİƏT DAXİL OLUB

ƏDLİYYƏ NAZİRLİYİNƏ BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR 1.615 MÜRACİƏT DAXİL OLUB
Ədliyyə nazirinin müavini Vilayət Zahirov demişdir ki, həmin müraciətlərin bir qisminə baxılaraq müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab verilmiş, yaxud aidiyyəti üzrə göndərilmiş, bəziləri üzrə isə inzibati nəzarət icraatı aparılmışdır.
Ötən il ərzində Nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 15 min 670 bələdiyyə aktı göndərilmiş və onların qanunvericiliyə uyğunluğu öyrənilmişdir.
Bundan başqa, 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nairliyinin icraatına 1.395 bələdiyyə aktı daxil olunmuşdur. Beləliklə, ölkə bələdiyyələri tərəfindən 17 min 065 akt baxılmaq üçün ədliyyə orqanlarına təqdim olunmuşdur.
Bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 635 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdır.
Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən 436 akt ləğv edilmiş, 1 akt dəyişdirilmiş, digərləri isə baxılmaqdadır.

Digər xəbərlər