PDF Oxu

Siyasət

  • 8

GUAM-YAPONİYA MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏRİNİN İCLASI KEÇİRİLƏCƏK

GUAM-YAPONİYA MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏRİNİN İCLASI KEÇİRİLƏCƏK
Həmin görüşdə Yaponiya tərəfi 2009-cu ilin fevralında Tokioda GUAM ölkələrinin yüksək səviyyəli ekspertləri üçün ticarət və investisiya mövzusunda seminar keçirilməsini təklif etmişdi.
Yaponiyanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, seminar fevralın 1-9-da GUAM ölkələrinin sərmayələr və ticarətin inkişafı məsələləri üzrə rəsmi şəxsləri və ekspertlərinin, habelə GUAM Katibliyi nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Seminar iştirakçıları Yaponiyanın "JETRO" sərmayə və ticarət təşkilatında olmuş, GUAM ölkələrində sərmayə mühitinin yaxşılaşdırılması və bu dövlətlərlə Yaponiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.

Digər xəbərlər