PDF Oxu

Siyasət

  • 5

Yeni Azərbaycan Təşviqat Qrupu zona müşavirəsi keçirib

Yeni Azərbaycan Təşviqat Qrupu zona müşavirəsi keçirib
Rayon təşkilat sədri vurğuladı ki, referendum layihəsinin kerçəkləşdirilməsi üçün mütəmadi olaraq ictimai maarifləndirməyə böyük ehtiyac vardır. Məhz bu baxımdan da Azərbaycan ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edən konstitusiya islahatlarının əsil mahiyyətini və onun ölkə vətəndaşları üçün, dövlətimiz üçün gərəkli addım olduğunu söyləyən V.Seyidov YAP təşəbbüsü ilə həyata keçiriləcək bu seçkinin gələcək perspektivlər baxımından vacib olduğunu bildirdi. O, qeyd etdi ki, inkişafda olan Azərbaycan cəmiyyəti özü üçün ən uyğun olan qaydaları də məhz özü gerçəkləşdirir. V.Seyidov ölkə konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin hər birinin vətəndaş hüquq və azadlıqlarının qorunması baxımından zəruri prinsiplərdən olduğunu seminar iştirakçılarının diqqətinə çatdırdı. Seminar-müşavirə iştirakçılarına ölkəmizdə martın 18-nə təyin olunmuş konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin əsil mahiyyəti barəsində geniş məlumat verən YAP İcra kitibinin müavini Mübariz Qurbanlı hər bir ölkənin öz ana qanunu sayılan konstitusiyada müəyyən müddətdə dəyişikliklər etdiyini bildirdi. M.Qurbanlı bildirdi ki, heç bir dövlətin konstitusiyası əbədi yazılmayıb və tarixin müxtəlif dövrlərində situasiyadan asılı olaraq dəyişikliyə məruz qalır. Çünki cəmiyyətin tərəqqisində qanunların da bu istiqamətdə rolunu tənzimləmək üçün mövcud qaydaların uyğunlaşmasının olduqca vacib olduğunu söyləyən İcra katibinin müavini Azərbaycanın bu baxımdan mütərəqqi ideyalardan geridə qalmadığını seminar iştirakçılarının diqqətinə çatdırdı. M.Qurbanlı vurğuladı ki, hüquqi müstəvidə insanların hüquq və azadlıqlarının günün tələbləri qaydasında təminatına zəmanət vermək üçün mövcud qanunların dəyişilməsini zamanın tələbidir: "Bu gün hər bir Azərbaycan vətəndaşı ətrafda olan hadisələri və prosesləri çox gözəl dərk edir. Ona görə də indiki şəraitdə ictimai şüurada hər hansı bir olayı gizlətmək qeyri-mümkündür. Elə bu səbəbdən də YAP-ın təşəbbüsü ilə konstitusiyanın 29 maddəsin təklif olunan əlavə və dəyişikliklər özlüyündə demokratik prinsiplərin göstəricisidir. Bu baxımdan da, düşünürük ki, martın 18-də keçiriləcək referendumla bağlı bütün məlumatların cəmiyyətə çatdırılması çox vacibdir. Çünki hər bir ölkə vətəndaşı səsvermə günü seçki qutusuna yaxınlaşdıqda, hansı məqsədlə səsvermədə iştirak etdiyini bilməlidir. Ona görə də bu tip seminar-müşavirələrin davamlı şəkildə keçirilməsini çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər bir ölkənin konstitusiyası əbədi olan qanunlarla təsbit olunmayıb. Çünki istənilən bir konstitusiya "doğma" deyil. Məhz bu prinsipdən də ölkə konstitusiyasında nəzərdə tutulmuş dəyişikliklər ancaq insanların hüquq və azadlıqlarını geniş mənada özünü tərünnüm etməklə məhdudlaşmır. Digər tərəfdən nəzərdə tutulan dəyişikliklərdə çox böyük mütərəqqi prinsiplərdə öz əksini tapıb" deyə M.Qurbanlı bildirdi ki, bu gün özünü beynəlxalq araneda daha demokratik göstərən ölkələrin özündə də bir vaxtaşırı müxtəlif qanun dəyişilmələri baş verir. Müşavirə iştirakçılarına daha çox mövcud konstitusiya islahatları ilə bağlı bir sıra prinsipial məqamları çatdıran millət vəkili Eldar İbrahimov cəmiyyətin bu istiqamətədə fəallığının artırılması üçün maariflənmənin aparılmasının vacibliyini bildirdi. E.İbrahimov qeyd etdi ki, ölkə konstitusiyasına ediləcək əlavə və dəyişikliklər, burada qeyd olunduğu kimi, daha çox demokratik prinsipləri özündə ehtiva edir. Bu baxımdan hər bir ölkə vətəndaşının konstitusiyanın müvafiq maddələrinə edilən yeni təkliflərin daha uyğun qaydaları əks etdirdiyini bildirən E.İbrahimov ölkəmizin daha mütərəqqi bir konstitusiyaya ehtiyacının olduğunu vurğuladı. Seminarda aktiv iştirakına görə YAP rayon təşkilat fəallarının üçünə də minnətdarlığını bildirən V.Seyidov hər bir vətəndaşın referendumla bağlı daha dərin bilgilər almasının vacibliyini təsdiqlədi.

Digər xəbərlər