PDF Oxu

Siyasət

  • 7

İlham Əliyev: “Hər bir cinayətkar əməllərə görə onu törədənlər cavab verməlidir”

İlham Əliyev: “Hər bir cinayətkar əməllərə görə onu törədənlər cavab verməlidir”

Hüquq mühafizə orqanlarından tələb edirəm ki, bu dəhşətli qətl hadisəsini törədənlər və onun sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, indi operativ istintaq qrupları yaradılmışdır, işlər gedir, ilkin məlumatlar var. Azərbaycan dövlətinin imkanları çox böyükdür və bizə qarşı - dövlətçiliyə qarşı, dinc əhaliyə qarşı edilən hər bir cinayətkar əməllərə görə onu törədənlər cavab verməlidirlər və cavab verirlər. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti özünü müdafiə etməyə qadirdir. Bizim xalqımız əvvəllər də, 1990-cı illərin əvvəllərində terror aktlarına məruz qalmışdır, günahsız insanlar qətlə yetirilmişdir. Biz müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Ancaq bütün o qanlı hadisələrin üstü açılmışdır, cinayətkarlar öz cəzasını çəkirlər və çəkməlidirlər. Müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün cəhdlər göstərilir. Ancaq Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir ki, bütün hallarda hüquq mühafizə orqanları bu cinayətlərin qarşısının alınması, cinayətkar dəstələrin zərərsizləşdirilməsi və məhv edilməsi üçün bütün lazımi tədbirləri görür. Ümid edirəm ki, bu dəhşətli hadisəni törədənlər də cinayət məsuliyyətinə cəlb olunacaqdır.
Hüquq mühafizə orqanlarının rəhbər işçiləri iclasda çıxış edərək, vəziyyət barədə məlumat verdilər. Dövlətimizin başçısı hadisənin diqqətlə araşdırılması və cinayətin üstünün qısa müddətdə açılması üçün təcili tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verdi.

Digər xəbərlər