Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək
Prezident İlham Əliyev "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında"
Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna 2008-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2009-cu ilin 1 yanvar tarixinə
bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsinin artırılmasını təmin etmək,
fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.