Vahid miqrasiya məlumat sisteminin fəaliyyəti təmin ediləcək
Dövlət başçısı İlham Əliyev "Azərbaycan respublikası dövlət miqrasiya xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında" Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"ni təsdiq etmək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi, habelə sistem çərçivəsində müvafiq dövlət orqanları və digər informasiya sistemləri (resursları) arasında əlaqələndirmənin təşkil edilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.