Əli Babacan: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR”
Görüşdə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunmuşdur. E.Məmmədyarov Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təklifini yüksək dəyərləndirmiş, təşəbbüsün region üçün vacibliyini və onun gələcəkdə reallaşması ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulamışdır. Nazir, həmçinin Türkiyənin dünyanın müxtəlif regionlarında və xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi sülhpərvər səylərini yüksək qiymətləndirmişdir.
Türkiyənin xarici işlər naziri Ə.Babacan regionda sülhün bərqərar olunmasının zəruriliyini vurğulamış, münaqişələrin tez bir zamanda həllinin vacibliyini qeyd etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur