PDF Oxu

Siyasət

  • 4

Bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib

Bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib
Fəmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №1, maddə 22; 2005-ci il, №10, maddə 910; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 9.3-1-ci bənd əlavə edilib:
"9.3-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;".
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 98) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 15.5-1-ci bənd əlavə olunub:
"15.5-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;".
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 872, 2008-ci il, №3, maddələr 169, 186, №5, maddə 364, №6, maddələr 483, 504; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 28 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı məzmunda 13-cü bənd əlavə edilib:
"13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından:
13.1. Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) - xarici işlər naziri, onun müavini, konsulluq idarəsinin rəisi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirləri və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşları."

Digər xəbərlər