PDF Oxu

Siyasət

  • 5

İnsan alverinə qarşı mübarizə təkmilləşdirilir

İnsan alverinə qarşı mübarizə təkmilləşdirilir
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Milli Fəaliyyət Planında göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etmək həvalə olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında
göstərilir ki, 2004-cü il 6 may tarixli Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına uyğun olaraq insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq,
İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının konvensiyalarının və digər beynəlxalq sənədlərin müddəalarını rəhbər tutaraq,
İnsan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, onu doğuran səbəblərin müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması, habelə insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək məqsədilə,
İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın zəruriliyini vurğulayaraq,
İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq və bu sahədə həyata keçirilən təşəbbüsləri dəstəkləyərək,
Azərbaycan Respublikasının 2009-2013-cü illər üçün İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı (bundan sonra "Milli Fəaliyyət Planı") qəbul edilir: "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş əsas tədbirlər
2004-cü il mayın 6-da Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Bu Milli Fəaliyyət Planına uyğun olaraq "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Həmçinin insan alverinə qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir"
Eyni zamanda, insan alverinə qarşı mübarizənin təşkilati əsaslarını təmin etmək üçün insan alverinə qarşı mübarizə üzrə məsul şəxs - Milli Koordinator təyin edilmişdir. Milli Fəaliyyət Planı iştirakçılarının vahid qarşılıqlı əməkdaşlıq sistemini yaratmaq və onlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır: "2004-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzdində İnsan alverinə qarşı mübarizə İdarəsi (bundan sonra "İnsan alverinə qarşı mübarizə İdarəsi") təsis edilmiş, 2006-cı ildən etibarən bu idarə nazirlik strukturunda müstəqil qurum kimi fəaliyyət göstərməyə başlamışdır.
İnsan alveri ilə bağlı cinayət hadisələri, cinayət törətmiş şəxslər, insan alverinin qurbanları barədə məlumatların toplanması, ümumiləşdirilməsi və təhlil edilməsi məqsədilə İnsan alverinə qarşı mübarizə İdarəsində mərkəzləşdirilmiş məlumat bazası yaradılmış, məlumatların məxfiliyi təmin edilmişdir.
İnsan alverinin qurbanlarına və potensial qurbanlarına ölkə ərazisində ödənişsiz xidmət göstərən "Qaynar xətt" telefon xidməti fəaliyyətə başlamış və bu barədə ictimaiyyət məlumatlandırılmışdır.
İnsan alverinin qurbanları üçün təhlükəsiz sığınacaq istifadəyə verilmiş, sığınacaq daxilində insan alverinin qurbanlarına və ehtimal olunan qurbanlarına (bundan sonra "qurbanlar və ehtimal olunan qurbanlar") tibbi, psixoloji, hüquqi və digər yardımın göstərilməsi, burada olan şəxslərin təhlükəsizliyi və konfidensiallığı təmin edilmişdir."
Burada qeyd olunur ki, Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə sahəsində əksər beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin "Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokola, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokolu"na, BMT-nin "İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında" Konvensiyasına qoşulmuşdur: "2009-2013-cü illər üçün Milli Fəaliyyət Planının məqsədi insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsidir. Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması və profilaktikası, cinayət təqibinin təkmilləşdirilməsi, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsi, onların reabilitasiyası, insan alverinə qarşı mübarizədə əməkdaşlıq, əlaqələndirmə və maarifləndirmə üzrə tədbirlər müəyyən edir.
Milli Fəaliyyət Planı göstərilən məqsədlərə nail olunması üçün əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (müvafiq icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını nəzərdə tutur."

Digər xəbərlər