Eldar Namazov “Azadlıq” blokunun iclaslarına qatılmaqdan imtina edib
Bir-birini müxalifətin inteqrasiyasına mane olmaqda günahlandıran tərəflər bununla da aralarındakı intriqaları dərinləşdirmiş olmuşlar. "Azadlıq" siyasi blokunda cərəyan edən ziddiyyətli proseslər daha qabarıq və diqqətçəkən gərgin prosesə çevrilib. AXCP (i) sədri Əli Kərimovun xaricdən aldığı təlimata uyğun olaraq yaradılan "Azadlıq" blokunda iddialı partiya sədrləri meydana çıxıb. Vaxtilə Ə.Kərimovun ucuz təbliğatçısı hesab edilən "VİP" sədri Əli Əliyev AMİP-çilərin təhqirlərindən sonra heç də yedək partiya sədri olmadığını göstərmək üçün pafoslu iddialarla çıxış etməyə başlayıb. Ə.Əliyev heç də Ə.Kərimovun təsiri altında olan partiya sədri olmadığını bildirməklə "Azadlıq" blokunda əsas söz sahibi olduğunu bildirir. Hətta Ə.Əliyev bir qədər də uzağa gedərək 2010-cu ildə keçiriləcək parlamentə seçkilərdə "Azadlıq" blokunun seçki siyahısına rəhbərlik edəcəyini qeyd edib. Eyni iddialı fikirlərlə "Azərbaycan Naminə Forum"un prezidenti Eldar Namazov da çıxış edib. Qərbin yaşayışını daim təbliğ etməsi ilə seçilən E.Namazov anti-Azərbaycan mövqeli qüvvələrin Bakıdakı təmsilçisi olduğunu gizlətməyib.
Qeyd etmək yerinə düşər ki, ötən həftə E.Namazov ABŞ-da səfərdə olmuşdur. Kimlərlə görüşüb, kimlərdən təlimat aldığının fərqinə varmayaraq demək olar ki, E.Namazov səfərdən razı qalıb. Bu isə onu göstərir ki, Qərbin anti-Azərbaycan mövqeli qüvvələrinin Bakı təmsilçisi ən azı may ayına qədər rəhbərlik etdiyi forumun maddi problemlərini həll edib. Təbii ki, qarşısına qoyulan növbəti şərtləri yerinə yetirilməsi müqabilində.