“Azərbaycan İES” uğurlu nailiyyətlər əldə edir
"Azərenerji" ASC-nin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatında bildirilir ki, cari ilin ilk ayı da "Azərbaycan İES"-in kollektivi üçün uğurlu olub. Belə ki, 2009-cu ilin yanvar ayında müəssisədə 1,05 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da proqnozlaşdırıldığından 15 milyon kilovatsaat çoxdur. Sutkalıq enerji istehsalı 29-30 milyon kilovatsaat təşkil edib. Ölkə elektroenergetika sisteminin flaqmanı olan istilik-elektrik stansiyasının işçiləri fevral ayında da yüksək nailiyyətlər əldə etmək əzmi ilə çalışırlar.