PDF Oxu

Siyasət

  • 3

İmişli YGEŞ - texniki baxış mütəmadi olaraq keçirilir

İmişli YGEŞ - texniki baxış mütəmadi olaraq keçirilir
Belə ki, 35-330 kV-lik EVX-də nəzərdə tutulduğundan artıq olaraq  7 km məsafədə əsaslı və cari təmir işləri yerinə yetirilib. Bununla yanaşı,  qışa hazırlıqla əlaqədar olaraq  "Xındırıstan" yarımstansiyasında gücü 25 MVA olan 1 saylı transformator, "Xalac" yarımstansiyasında 1 saylı 16 MVA-lıq, "Salmanbəyli" yarımstansiyasında isə 4 MVA-lıq transformatorlar əsaslı təmir edilmiş və hazırda gündəlik iş rejiminə müvafiq qaydada fəaliyyət göstərir.
Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, YGEŞ-in balansında fəaliyyət göstərən yarımstansiyalarda istismar səviyyəsinin yüksəldilməsi və dayanıqlığın artırılması məqsədilə 35 kV-lik "Cəfərli", "Salmanbəyli" və "Sarı Su" yarımstansiyalarında transformatorların qəza və qısa qapanmadan mühafizə olunması üçün genişləndirmə və yenidənqurma işləri ilə əlaqədar olaraq 35 kV-lik yağ açarları quraşdırılıb. Şəbəkənin balans mənsubiyyətində olan 110 və 35 kilovoltluq yarımstansiyalarında 10 kV-lik çıxış fiderlərində İmişli və Beyləqan rayonları ərazisində nəzarət sayğacları quraşdırılıb, müvafiq tədbirlər Ağdam, Füzuli və Ağcabədi rayonlarında davam etdirilir.
YGEÇ-in ərazi vahidinə aid olan Ağcabədi rayonunda elektrik enerjisi təminatını daha da dayanıqlı təmin etmək məqsədilə  burada  35 kV-lik "Mil Massiv" yarımstansiyasında genişləndirmə işləri həyata keçirilib. Belə  ki, burada bir ədəd əlavə 4,0 MVA gücündə yeni transformator, bir ədəd yağ açarı və 16 ədəd avadanlıqlara komplektləşdirilmiş yuvalar quraşdırılıb.

Digər xəbərlər