PDF Oxu

Siyasət

  • 8

190 saylı orta məktəbdə xalq rəssamı Nazim Bəykişiyevlə görüş keçirildi

190 saylı orta məktəbdə xalq rəssamı Nazim Bəykişiyevlə görüş keçirildi
O, qeyd etdi ki, Nazim Bəykişiyev əvvəlcə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, sonra isə, Moskva Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Qənirə Əmircanova bildirdi ki, rəssamın çəkdiyi əsərlər təkcə bu zamanın deyil, nadir tapıntı olan bu əsərlər həm  də bütün dövrlər üçün klassikdir.
Tədbirdə çıxış edən Nazim Bəykişiyev bildirdi ki, zəhmətsiz heç nə başa gəlmir. Bundan əlavə, rəssam olmaq üçün ürəyində bir qığılcım olmalıdır. Bu, çox çətin sənət olduğu qədər, eyni zamanda, məsuliyyətlidir və onun özünəməxsus sirləri vardır. Zalda oturan şagirdlərə nəzər salan rəssam bildirdi ki, ola bilər ki, bu şagirdlər arasında rəssam olmaq arzusu ilə yaşayanlar vardır. Bu şərəfli sənətə çatmaq üçün gecə-gündüz çalışmalı və zəhmət çəkməlidirlər.
Tədbirdə çıxış edən xalq artisti Fuad Poladov bu əsərlərlə yaxından tanış olduğunu və hələ gənc yaşlarından Nazim Bəykişiyevi yaxından tanıdığını qeyd etdi. Onun şəxsi keyfiyyətlərinə nəzər salan Fuad Poladov rəssamın həddən artıq təvazökarlığını vurğuladı. O, bildirdi ki, istedadlı insanlar heç vaxt özlərini büruzə vermirlər. Nazim Bəykişiyevin yaradıcılığına nəzər salaraq, rəssamın özünəməxsus dəsti-xətti olduğunu qeyd etdi. Onun rəsm məktəbinin cığırdaşı olduğunu bildirdi. Öz işıqlı şəkilləri ilə nur saçan rəssam açıq rənglərə üstünlük vermişdir ki, bu da onun qəlbinin işığıdır. Onun əsərlərində son dərəcə nikbinlik özünü büruzə verir. Buna görə də, hamı tərəfindən sevilir. Teatr sənətinə gəlincə isə, yaxşı teatr rəssamı olmaq üçün ondan böyük məsuliyyət tələb olunur. Bu cür rəssamlar çox azdır. Bu gün fəxrlə deyə bilərik ki, Nazim Bəykişiyevin teatr dekorasiyası hamı tərəfindən müsbət qarşılanır. Bu da onun çəkdiyi rəsmlərin qeyri-adiliyini göstərir.
Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov qeyd etdi ki, Nazim Bəykişiyevin əsərləri təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin başqa şəhərlərində şöhrət tapmışdır. Onu da qeyd etdi ki, görkəmli rejissor Mehdi Məmmədovun quruluş verdiyi "İblis" əsərinin rəsm dekorasiyasına görə, Nazim Bəykişiyev dövlət mükafatına layiq görülmüşdür. Rəssamın böyük sənət əsərləri vardır ki, onların bir qismi Almaniyada, İtaliyada, Fransada, İngiltərədə saxlanılır. Bu yaxınlarda Nazim Bəykişiyevin 60 illik yubileyi ilə əlaqədar İngiltərədə böyük bir sərgisi təşkil edilmişdir. O, rəssama böyük yaradıcılıq uğurları arzuladı.
Tədbirdə çıxış edən məktəbin müəllimi Rizvanə Qasımova və başqaları qeyd etdilər ki, belə bir rəssamın məktəb kollektivi ilə görüşü onların təfəkkürünə böyük təsir göstərəcək.
Qeyd edim ki, tədbirdə Nazim Bəykişiyevin əsərlərindən ibarət fotosüjet göstərildi.

Digər xəbərlər