PDF Oxu

Siyasət

  • 12

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 85 İLLİYİ QEYD EDİLƏCƏK

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 85 İLLİYİ QEYD EDİLƏCƏK

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, 2009-cu il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 ili tamam olur: "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir.
Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir. Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir." Bu Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycan dövlətçiliyinin inkişafında ictimai-siyasi və tarixi əhəmiyyəti nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Sərəncama müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Digər xəbərlər