PDF Oxu

Siyasət

  • 8

CƏLİL MƏMMƏDQULUZADƏNİN 140 İLLİK YUBİLEYİ KEÇİRİLƏCƏK

CƏLİL MƏMMƏDQULUZADƏNİN 140 İLLİK YUBİLEYİ KEÇİRİLƏCƏK

Fevralın 6-da Prezident İlham Əliyev böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 2009-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur. Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə imzalanan Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcəklər.

Digər xəbərlər