PDF Oxu

Siyasət

  • 5

Andres Herkel müxalifətdən üz çevirdi

Andres Herkel müxalifətdən üz çevirdi
Radikal düşərgədə həm daxili, həm də xaricdəki himayədarlarından get-gedə məhrum olur. Artıq adıçəkilən düşərgədə elə bir vəziyyət yaranıb ki, özləri-özlərinə düşmən kəsilib. AXCP (i), Müsavat, ALP kimi partiyaların mövcudluğu sual altındadır.

Əli Kərimov, İ.Qəmbərov və Lalə Hacıyeva özləri-özlərini saldıqları bəladan çıxış yolu tapa bilmirlər. Təbii ki, belə də olmalıdır. Çünki siyasətdən bixəbər olan insanların, ümumiyyətlə, siyasətlə turş ayranı ayırd edə bilməyən insanları "siyasətlə məşğul olanda" sonu da belə olacaq. Hazırda radikal düşərgə ilə şou-biznes düşərgəsi bir-birinə çox bənzəyir. Yəni, L.Hacıyeva, İ.Qəmbərov, Ə.Kərimov kimi müxalifətin "başbilənləri hər dəfə "siyasi şou" düzəldərək həm gündəmdə qalmaq, həm də pul qazanmaq istəyirlər. Bu "bacarıq" sahiblərinin iyrənc əməlləri nəticəsində müxalifət öz tərəfdarlarını, partiya üzvlərini itirib. Bunun da nəticəsində müxalifət partiyaları "cırtdan" qurumlara çevrilib.

Müxalifətin dərdi yaman böyükdür. Belə ki, İ.Qəmbərov, L.Hacıyeva, Ə.Kərimov artıq xarici qrantlardan "daydayılarından" daha bir şey "qopara" bilmirlər. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Andres Herkel də Azərbaycan müxalifətinə himayədarlıq etməyəcəyini qeyd edib. Herkel də artıq anlayır ki, radikal düşərgəyə "daydaylıq" etməsi onun avropalı imicinə ciddi zərbə vurmuş olur. Məhz bunları nəzərə alan Herkel qardaş radikallara "əlvida" deyib. Bu isə müxalifəti, gözü xarici qrantlara dikilən, ümidi Herkel kimilərinə olan L.Hacıyeva, Ə.Kərimov, İ.Qəmbərov və onların ətrafındakıları yaman məyus edib. Necə deyərlər, radikallar həm Əli aşından, həm də Vəli aşından oldular.

Digər xəbərlər