PDF Oxu

Siyasət

  • 8

Müxalifətdə referendumqabağı “yarpaq tökümü”

Müxalifətdə referendumqabağı “yarpaq tökümü”
Hamı bilir ki, müxalifətin nə liderləri, nə də ideyaları dəyişmədiyi üçün onların yaratdığı birliyin heç bir perespektivi olmayacaq. Bunlar, sadəcə, keçmişin xəyalları ilə yaşayan siyasi meyitlərdir.

Bunu əgər radikal müxalifətin əsas "himayədarı" olan Andras Qross düşərgə əleyhinə açıq ifadələr işlədirsə, deməli, "işlənilib qurtarılan" müxalifət heç kəsə lazım deyil. Maraqlı odur ki, bu cür bəyanatları elə müxalifətin öz partiyaları da dilə gətirirlər. Belə bir açıqlama ilə çıxış edən "Açıq Cəmiyyət Partiyası"nın sədr müavini Nizami Məmmədov bildirib ki, artıq müxalifətə nəinki Azərbaycan cəmiyyəti, hətta həmin partiyalarda təmsil olunan insanlar da inanmır: "Ona görə də, ilk növbədə, müxalifət liderləri istefa verməlidirlər. Eyni zamanda, həmin partiyalar öz siyasi kurslarına yenidən nəzər yetirməli və həmin kursda dəyişiklik etməlidirlər. Artıq müxalifət birmənalı şəkildə anlamalıdır ki, yanlış siyasi kurs həyata keçirir".

Nizami Məmmədov referendum öncəsi müxalifət partiyalarının yaratmış olduğu birliyin qısa müddətdən sonra həmin partiyalar arasında qarşıdurmalara gətirib çıxaracağını deyib. Onun fikirlərindən aydın olur ki, bu qüvvələrin indi heç kəsə təsir etmək imkanları bir yana, hətta öz yanlarındakı beş-üç nəfəri saxlamağa da gücləri çatmır. Bu gün heç kəs artıq bu qüvvələrlə bir addım da atmaq istəmir. Elə Müsavatda İsa Qəmbərovla savaşan Rauf Arifoğlunun şələ-küləsini yığışdırıb partiyadan çıxması hər şeyi gün kimi ortaya qoyur. AMİP-dəki durum da bizim dediklərimizi tamamilə sübut edir. Siyasi səhnəyə yenidən qayıtmağa çalışan Etibar Məmmədov, AMİP-çilərin "rədd ol!" şüarı ilə qarşılaşıb.

Yaranmış vəziyyət onu deməyə əsas verir ki, Etibar bəyin indi aldadacağı bir nəfər də olsun qalmayıb. Bax, dərd budur! Göründüyü kimi, kimin deməsindən asılı olmayaraq müxalifətin ələyi çoxdan ələnib. Artıq nə qrant, nə beynəlxalq təşkilatlar, nə də sizə pul verəcək anti-Azərbaycan qüvvələri var. İndi hər kəs öz qəpiyini və sentini yaxşı-yaxşı müəyyənləşdirib. Bunlar referendum ərəfəsi özlərinə "xal qazanmaq" üçün çapalayırlar. Neçə müddətdir ki, müxalifət partiyaları yerlərdə referendum əleyhinə kampaniya aparmağa çalışırlar. Amma hər şey onların əleyhinə işləyir. Yerli müxalifətçilər onların bu istəyinə qarşı çıxaraq Bakıdan gələn "baş müxalifətçiləri" əliboş yola salırlar. Onların niyyətlərini əla başa düşən yerli müxalifət partiyaları, bütünlüklə bu prosesə qarşı çıxır və Bakıdan gələn müxalifət funksionerləri ilə görüş keçirməkdən də imtina edir.

AXCP (i)-nin bir neçə funksionerləri Yevlax, Bərdə və başqa rayonlarda "Yurd"çularla görüşlər keçirməyə cəhd etsələr də, bu fiaskoya uğrayıb. Məlumatlı mənbənin xəbərinə əsasən, partiya rəhbərliyinin son addımlarını kəskin şəkildə pisləyən AXCP (i) üzvləri Əli Kərimovun adamlarını qovlayıblar. "Yurd" üzvləri bu barədə MSK-ya şikayət göndərərək, onların iradələri əleyhinə təbliğat aparan qüvvələrə qarşı çıxdıqlarını yazılı şəkildə ortaya qoyublar. Bu fakt, radikal düşərgənin referendum ərəfəsində ciddi çaxnaşma və qarşıdurma situasiyasında olduğunu sübut edir. İndi radikal düşərgə təmsilçisinin ağzını açıb söz deməyə heç bir halda hüququ yoxdur. Sizin kitabınız çoxdan bağlanıb, "bəy"lər!

Digər xəbərlər