PDF Oxu

Siyasət

  • 3

Əli Kərimov İsa Qəmbərovla qarşı-qarşıyadır

Əli Kərimov İsa Qəmbərovla qarşı-qarşıyadır
Son zamanlar müxalifət düşərgəsində gərginləşən daxili didişmələr və ziddiyyətlər fonunda vəziyyət olduqca gərgin bir şəkil alıb. Heç bir vəchlə bir-birinə qarşı güzəştə getməyi bacarmayan müxalifət təmsilçiləri, indi daha kəskin mövqe tutaraq öz daxili rəqiblərini zərərsizləşdirməyə çalışırlar. Elə bu səbəbdən də müxalifət düşərgəsində ara verilmiş qarşudarmalara yenidən start verilib. Bu səbəbdən də AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərov növbəti dəfə üz-üzə gəliblər. Amma bu davanın digər prinsiplərdən tamamilə fərqləndiyi bütün çılpaqlığı ilə sezilməkdədir. Eyni zamanda, cəmiyyətin bütün imtiyazlarını itirmiş müxalifət növbəti dəfə daha sərt bir sınaqla üzləşib.

Müəyyən bir müddət aralarındakı zidiyyətlərə ara vermiş İ.Qəmbərovla Ə.Kərimovun yeni qarşıdurmasının bir neçə çalarları mövcuddur. Qeyd etmək lazımdır ki, bu, ilk növbədə, iki siyasi partiya rəhbərinin qarşıdurmasıdır. Burada iki şəxsdən əlavə iki qurum arasında ziddiyyətlərin sonrakı aqibətinin hansı nəticələrlə yekunlaşacağı sual altındadır. Digər bir tərəfdən bu iki siyasi partiya arasındakı problemin əsil səbəbinin də məhz qurum rəhbərlərinin şəxsi prinsipiallığından qaynaqlanması məsələnin görünən tərəfidir. Görünməyən tərəfdə isə tarixə nəzər saldıqda Müsavatla AXCP (i)-nin müxtəlif vaxtlarda konfliktdə olduğu və sonradan müəyyən razılaşmalarla öz mövqelərinə çəkildiyini müşahidə etmək olur. Çünki 2005-ci ilə qədər Müsavat AXCP (i) ilə bir qurum olaraq heç bir ciddi sazişlərdə və danışıqlarda iştirak etməməmişdir. Daha çox məhz AXCP (i)-nin kəskin düşmənçilik mövqeyində olduğu "Klassik Xalq Cəbhəsi Partiyası" ilə Müsavat arasında isti münasibətlər hökm sürürdü. Amma sonradan Müsavat partiyası ilə aralarındakı müəyyən postları bölüşdürə bilmədikləri üçün "KAXCP" yollarını ayırmalı oldu. Bundan sonra isə Müsavatın müxalifət daxilində öz tərəfdaşlarının sayını artırmaq üçün axtarışa çıxması İ.Qəmbərovla Ə.Kərimovun yenidən yaxınlaşmasını zərurətə çevirdi. Hadisələrin gedişi göstərdi ki, İ.Qəmbərovla Ə.Kərimovun yaxınlığı heç də uzun çəkmədi.

Yoldaş Kərimovla münasibətləri o qədər də yüksək səviyyəyə çatdıra bilməyən Müsavat başqanı, yarıgizli, yarıaşkar keçmiş müttəfiqi Mirmahmud Fəttayevlə danışıqlara gedəsi oldu. Elə bu səbəbdən də "cənab" Kərimova lazımınca diqqət yetirə bilməyən yoldaş Qəmbərov, "dostluğunun" uzun sürəməyəcəyini başa düşərək onunla vidalaşmalı oldu. Sonradan isə M.Fəttayev daha isti münasibətlər yaradan Müsavat başqanı, istəməsə də AXCP (i) ilə ələqələrinə birdəfəlik xitam verməli oldu. "KAXCP" sədri isə İ.Qəmbərovun bu addımını yüksək qiymətləndirərək onunla daha sıx münasibətdə olmağa qərar verib. Amma prosesin üstündən bir müddət keçməmiş M.Fəttayevlə İ.Qəmbərov arasındakı isti münasibət yenidən soyumağa başladı. Belə olan təqdirdə İ.Qəmbərov yenidən Ə.Kərimovla yaxınlaşmağa məcbur oldu. Məhz bu tipdən olan şəxslər arasında möhkəm təməllərə söykənməyən münasibətlərin uzun müddət mövcud olmadığını hər kəs çox gözəl bilir. Belə halda Müsavat-AXCP (i) münasibətləri bu dəfə də gərginləşərək düşmənçilik prinsipləri ilə yekunlaşdı. Amma proseslərin gedişi onu göstərir ki, uzun müddət aralarındakı münasibətləri normal hala salmağı bacarmayan müxalifət təmsilçiləri, indi iddia etmək arzusunda oluqları prinsiplərini reallışdıra bilmirlər.

Müsavat başqanı ilə AXCP (i) sədrinin növbəti dəfə qarşı-qarşıya dayanması isə müxalifət düşərgəsində o qədər də normal olmayan münasibətləri daha da gərginləşdirib. Bu səbəbdən də İ.Qəmbərovla Ə.Kərimovun qarşıdurması fonunda müxalifətin sıradan çıxması məsələnin görünən tərəfidir. Çünki heç bir uğura imza atmağı bacarmayan müxalifətin və onun oyuncaq partiya rəhbərlərinin özünü məhz bu metodla sığortalaması, onu göstərir ki, zaman bütün eybəcərliklərin ən böyük qənimidir.

Digər xəbərlər