Mirmahmud Fəttayevin planları baş tutmur
Bir zamanlar müxalifət düşərgəsində başqa-başqa məqsədlər üçün yaradılmış olan birliklər sonradan qazanc mənbəyi üçün istifadə edilməyə başladı. Elə bu səbəbdən də müxalifət düşərgəsində məhz təşkilat yaratmaq uğrunda sanki bir yarış başlamışdı. Xarici təşkilatlardan pul qoparmaq üçün dəridən-qabıqdan çıxan məhz bu tip birliklərin aqibəti indi daha acınacaqlıdır. Amma hər bir ictimai münasibətləri özündə ehtiva etmək mənsubluğu olan təşkilatın, ilk növbədə, milli maraqları əsas prinsip kimi tutması vacib şərtlərdəndir. Eyni zamanda, beynəlxalq təcrübə göstərir ki, istənilən bir xarici ölkədə məhz bu tipdən olan təşkilatların rolu olduqca böyük və nəzərə çarpandır. Ölkəmizdə isə bu sıradan görülən işlər göz önündədir. Dövlət tərəfindən vətəndaş cəmiyyətinin formalaşması istiqamətində konkret addımlar atılır və bu sahənin inkişafı təmin olunur. Digər bir tərəfdə isə qeyd etdiyimiz məzhəbə qulluq edən bəzi təşkilatlar, hələ də öz milli kimliyimizin müdafiəsində tərəddüd etməkdədir.
Əsas qayəsini istənilən bir formada pul qazanmaq üzərində qurmuş müəyyən təşkilatlar ancaq xarici donorların havası ilə yaşamaqdadırlar. Bu sıradan ölkəmizdə istənilən sayda təşkilata rast gəlinir ki, onların fəaliyyəti barəsində də, hələlik, Azərbaycan cəmiyyəti heç bir informasiyaya malik deyil. Yenə də xatırladırıq ki, məhz ictimai təşkilat dedikdə ilk növbədə, vətəndaş cəmiyyətinin iradəsi göz önündə canlanır. Amma Azərbaycanda siyasi motivlər adı altında yaradılmış bu cür təşkilatlar isə istənilən miqdarda vəsaitə milli maraqları tapdalamağa hazırdır.
Qeyd etdiyimiz kimi, "DUİ"-də M.Fəttayev, hələlik, maraqlarını gerçəkləşdirə bilmir. Çünki təşkilatda təmsil olunan siyasi partiyalar müəyyən bir müddət öz maraqları təmin olunmadı üçün buranı tərk etmək məcburiyyətində qalıb. İndi isə tamamilə təkbaşına öz qondarma ideyalarını gerçəkləşdirməyə çalışan M.Fəttayev gündə bir təkliflə çıxış edərək diqqəti özünə tərəf yönəltməyə çalışır. Odur ki, Müsavat başqanı İsa Qəmbərovun göstərişi ilə müxtəlif adda "Müstəqil Media" İnstitutu və "Respublikaçılar" adı altında növbəti oyuna start versələr də, onun bu istəyi də dalana dirənib. Prosesin gedişi onu göstərir ki, yaxın zamanlarda müxalifəti daha da acı sürpirizlər gözləyir.