PDF Oxu

Siyasət

  • 6

Əli Kərimov yeni qalmaqalda

Əli Kərimov yeni qalmaqalda
Artıq adi bir hala çevrilmiş müxalifətdaxili dedi-qodular yenidən alovlanıb. İndi hər kəs bilir ki, müxalifət daxilində baş verənlərdə başlıca səbəb nədir. Ona görə də, istər-istəməz müxalifətin normal prinsipləri heç vaxt qəbul etməyən liderləri hansı maraq axtarışında olduqlarını hələ özləri də bilmir. Elə bu səbəbdən də müxalifət düşərgəsində baş verənlərdən heç nə anlamaq olmur. Amma bir məsələ tam çılpaqlığı ilə ayıdın olur ki, buraya toplaşmış şəxslər hansı məqsəd üçün var-gəl edirlər. İstənilən formada milli maraqları tapdalayaraq öz ideyalarını təmin etməyə hazır olan bu tiplər, Azərbaycan cəmiyyətinin çoxdan vaxtı keçmişləridir. Bir həqiqət isə hələ də məlum deyil ki, əgər bunların vaxtı keçibsə, hansı səbəb görə hələ də mövcudluqlarını saxlayırlar. Məsələnin əsil köklərini də burada axtarmaq lazımdır. Bir prinsipi də unutmaq olmaz ki, müxalifətçilik adı altında gündə min oyundan çıxan şəxslər heç utanmadan da cəmiyyətin gözünə kül üfürməyə çalışırlar. Bir faktı da unutmaq olmaz ki, inkişafda olan Azərbaycan cəmiyyətinə müxalifətin avanturist ideyaları gərəksizdir. Ona görə də, indiki bir məqamda müxalifətin istənilən formada irəli sürmək istədiyi bütün iyrənc təkliflər cəmiyyətin sərt təpkisi ilə qarşılanır. Uzun müddət ümumi müxalifətin bütün təkliflərindən kənarda qalmış AXCP (i) ancaq şəxsi maraqlara xidmət etdiyi üçün onun mövcudluğu bir o qədər də nəzərə çarpmırdı. Amma bütün bu uyğunsuzluqları özündə ehtiva edən AXCP (i) və onun sədri Əli Kərimov indiki situasiyada daha çox gündəmdə qalmaq üçün var-gəl edir. Partiyasının fəaliyyəti ilə bir o qədər də maraqlanmayan Ə.Kərimov daha çox şəxsi prinsiplərini gerçəkləşdirmək üçün istənilən bir oyunu başlamağı və sona yetirməyi çox gözəl bilir. Çünki siyasi fəaliyyəti dövründə heç vaxt milli maraqlar naminə hər hansı bir formada iş görməyən şəxsdən nəsə ummaq özü sadəlövhlük olar. Ona görə də müxalifətin özünün də nifrət hissi ilə yanaşdığı Ə.Kərimov və onun oyuncaq komandası artıq iflasın bir addımlığındadır.

Həqiqəti vurğulamaq lazımdır ki, uzun müddət müxalifətin vahid bir komanda şəklində formalaşmasında məhz əli kərimovların, isa qəmbərovların, etiabar məmmədovların günahı olduqca böyükdür. Adları çəkilən bu şəxslərin ancaq şəxsi prinsipləri siyasətə qarışdırması ucbatından bu gün Azərbaycan müxalifəti əziyyət çəkir. Əgər belə olmasaydı, ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyaları digər sivil dövlətlərdə olduğu kimi normal fəaliyyət prinsipinə əsaslanardı. Eyni zamanda, müxalifət düşərgəsində elə maraların müdfiəçiləri var ki, onlar hələ də öz arzularını gerçəkləşdirmək niyyətindən elə-belə çəkinmək niyyətində deyillər. Bunlardan ən aktiv isə, yuxarıda qeyd etdiyimiz kimi, AXCP (i) sədri Ə.Kərimovdur. Bu şəxs Azərbaycan müxalifətinin tarixində ən arzuolunmaz şəxs kimi qələmə verilməklə yanaşı, onun kimə və nəyə xidmət etdiyini hələ heç özü də anlaya bilmir. Elə bu səbəbdən də müxalifət düşərgəsində azacıq da olsa istənilən bir partiyanın önə çıxaraq özünü göstərməsi məhz Ə.Kərimovun hiddətinə səbəb olur. Çünki bu şəxs mənsub olduğu düşərgədə özündən başqa heç kimi görmək istəmir. Əgər belə olmasaydı, müxalifət təmsilçiləri açıq şəkildə digər problemlərlə yanaşı Ə.Kərimovun, ən qlobal əngəl olduğunu bildirirlər. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Azərbaycan müxalifətinin qiymətini məhz yoldaş Kərimovun arşını ilə ölçmək olmaz. Burada elə şəxslər var ki, onların adlarını çəkməkdən adamın tükü irpəşir. TAPDIQ

Digər xəbərlər