Rauf Arifoğlu Müsavatdan qovulacaqmı?
Müsavat başqanı İsa Qəmbərov "siyasətdən" və başqan olduğu partiyadan getmək üzrədir. Deyəsən, başqan gedənə qədər çoxlarının "başını yeyəcək". Onsuz da Müsavatda hamı bir-birinin "ətini yeyir" və bu "ət yemək" oyunu sonda kiminsə "başının yeyilməsi" ilə nəticələnir, yəni kimsə partiyadan qovulur. Növbə indi Rauf Arifoğlunundur. Özünü partiyada "boss" kimi aparan R.Arifoğlu, Müsavat daxilində çoxlarının düşməninə çevrilib, məhz buna görədir ki, Vurğun Əyyubov və Arif Hacıyev neçə illərdir ki, başqanlarından təlb edirlər ki, R.Arifoğlunu partiyadan qovsun. İ.Qəmbərov isə "R.Arifoğlu tərəfindən" ehtiyat edirdi. İndi isə tam başqa mənzərə yaranıb. Artıq partiyadaxili mübarizə daha da şiddətlənib. Yəni, Müsavat başqanının qarşısına şərt qoyulub. Ya özü, ya da R.Arifoğlu Müsavatdan getməlidir. Təbii ki, İ.Qəmbərov da təmtəraqlı şəkildə partiyanı, başqan postunu tərk etmək istəyir. Ona görə də, o da R.Arifoğluna qarşı partiya daxilindəki kampaniyaya qoşulub. Belə ki, başqan istəmir ki, kiməsə görə partiyada problemlə üzləşsin. Onsuz da onun problemləri başından aşır. Adama gərək deyən ki, siyasətdən başın çıxmır, get, işinlə məşğul ol. İsa Qəmbərov partiyaya rəhbərlik etmək sənlik deyil.
İ.Qəmbərovun dərdi böyükdür. Çünki Arif Hacıyev, V.Əyyubov və R.Arifoğlu kimi "qoçuları" başına toplayan adamın dərdi də çox olar. Elə onlar başdan-ayağa problemdədirlər. Vəziyyət daha da kəskinləşib. Müsavat daxilində də düşmənçilik meyilləri, qarşıdurmalar daha da kəskin xarakter alıb. Təbii ki, "qoçların" başı bir qazanda qaynamaz.
Beləliklə, çətin mübarizədən sonra Rauf Arifoğlu Müsavat partiyasından qovulacaq. Çünki bununla bağlı gedən mübarizələr artıq yekunlaşmaq üzrədir.