PDF Oxu

Siyasət

  • 15

Müxalifətin növbəti iflası

Müxalifətin növbəti iflası
2009-cu il 18 mart referendumuna hazırlıqla bağlı tədbirlər davam edir. Məlum olduğu kimi, "Yeni Azərbaycan" təşəbbüs qrupu təbliğat kampaniyasına hazırdır. "Azad söz", "DAD" və digər təşəbbüs qruplarının imzatoplama aksiyası isə yekunlaşmaq üzrədir. Lakin müxalifətin yaratdığı təşəbbüs qrupları isə imzatoplama kampaniyası zamanı saxtakarlığa yol verdikləri üçün, görünür, onlar bu aksiyadan da biabırçılıqla çıxacaq.

Bunu MSK-ya daxil olmuş müraciətlər də təsdiqləyir. Xüsusilə də, bu proses zamanı ən çox əziyyət çəkən "Azadlıq" blokunun himayəsi ilə yaradılmış "Qarabağ" və "Respublika Uğrunda Vətəndaş Hərəkatı" bu günə qədər imza toplaya bilmir. "Azadlıq" bloku partiyalarının, "Ümid", ADP, Müsavat və "ANİF"-in birləşdiyi hərəkat daxilində yaranmış günahı bir-birilərinin üstünə ataraq yaranmış biabırçı vəziyyətdən özlərini sığortalamağa çalışırlar. Qeyd edək ki, "Ümid" prezident seçkilərində biabırçı uğursuzluğun acasını hələ də yaşayır. ADP isə son illər konstruktiv kurs götürdüyündən tərəfdarlarını qoruyub saxlaya bilib. Hərəkat rəhbərləri "Azərbaycan Naminə" İctimai Foruma imzatoplama imkanını verməyib, daha doğrusu, etibar etmir. Çünki bu qurumda Eldar Namazovdan və köməkçisindən başqa adam yoxdur. "Azadlıq" blokuna daxil olan partiyalara gəlincə, "VİP"-lə ALP, demək olar ki, eyni səviyyədədir. Hər iki partiya vur-tut ancaq 300-400 imza toplaya bilər. Bu isə 40 min imzanı toplamalı olan hərəkata olduqca cüzi köməkdir. AXCP (i)-yə gəlincə onun vəziyyətini deməyə dəyməz. Çünki ötən ilin oktyabrında Ali Məclisin sədri Qulamhüseyn Əlibəyli partiyadan istefa verdi və öz partiyasını - "Aydınlar" Partiyasını yaratdı. Artıq AXCP (i)-nin rayon təşkilatları bu partiyaya imza toplamaqdan imtina etdiyi bildirilir. Müsavat isə ikili oyun oynamaqla özünü "Azadlıq" blokunun qara piarının hədəfindən kənarda qoyub. Partiya həm "Respublikaçılar" təşəbbüs qrupunu yaradıb, həm də vətəndaş hərəkatında təmsil olunur. Maraqlısı isə odur ki, vətəndaş hərəkatında Müsavata imza toplamaq vəzifəsi qoyulmayıb. Beləliklə də, Müsavat özünü AXCP (i)-nin söyüş maşınının hədəfindən kənarda qoyub. Hazırda AXCP (i)-nin yeganə hədəfi imzatoplama kampaniyasını uğurla davam etdirən "Demokratiya Uğrunda Hərəkat"dır. Daha dəqiqi, bu qurumun nüvəsini təşkil edən "KXCP"-dir. Onu da qeyd edək ki, artıq beş partiyanı özündə birləşdirən "DUİ" özünün "Azərbaycan Xalq Cümhuriyyəti" təşəbbüs qrupunu təsis edib. "Səs"ə verilən məlumata görə, bu günlərdə AXCP (i) sədrinin müxalifət partiyalarını söymək üzrə müavini Nurəddin Məmmədli "KXCP"-ni kəskin tənqid edib. ADP-ni dar gündə qoyub AXCP (i)-yə qaçmış Nurəddin bəy "KXCP"-ni "satqınlıqda", "müxalifətə arxa çevirməkdə", "yalançı müxalifətçilikdə" suçlandırıb. Maraqlıdır ki, "Azadlığ"a daxil olan partiyaların funksionerləri neçə ildir ki, müxalifət partiyalarını bu ittihamlarla suçlandırırlar. Lakin qəribəsi odur ki, Nurəddin Məmmədli bu ittihamları Mirmahmud Fəttayevə, onun müavini Bəybala Əbilə, Xəzər Teyyubluya ünvanlayır. AXCP (i) rəhbərləri başa düşmürlər ki, müxalifətçilik radikal inkarçılıq deyil. Elə bunu nəticəsidir ki, "Qarabağ" və "Respublika Uğrunda Vətəndaş Hərəkatı"nın və Müsavatın yaratdığı "Respublikaçılar" təşəbbüs qruplarının imzatoplama kampaniyası uğursuzluqla üzləşdi. Dünən Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri saxta imza vərəqələrinin üzə çıxması, nəticədə təşviqat qrupu kimi qeydə alınması mümkün olmadı. Hətta MSK-ya daxil olunan seçicilərin müraciətləri, hətta bunu özləri də etiraf edir, rayonlardan gələn xəbərlər də bunu təsdiq edir. Müxalifət partiyaları özləri də düşünülmüş təxribata əl ata, saxta imzalar toplamaqla, MSK-nı sərt qərarla çıxarmaq məcburiyyətində qoya bilərlər. Beynəlxalq təşkilatlardan Azərbaycan dövlətinə mənfi rəy almaqdan həzz alan və qazanan "QRUVH"-nin əsas təsisçilərindən biri Leyla Yunusovaya belə qərar sərf edər. Lakin beynəlxalq təşkilatlar da onların düşündükləri qədər "qoyun" deyillər. Çünki neçə ildir ki, qoyun oğurlarını siyasi məhbus kimi, Strasburqa sırayanda axırı da belə olmalə idi. İndi onlara heç evdəki arvad-uşaqları da inanmırlar. O ki qaldı neçə illərdir "qazlayıb" qrantını yedikləri Herkel və Qross olsun.

Digər xəbərlər