Əli Kərimov “siyasətlə” vidalaşmaq məsələsi ilə üz-üzə dayanıb
Azərbaycan müxalifəti elə bir vəziyyətə düşüb ki, onların həmin pis vəziyyətdən qurtulması inandırıcı deyil. Çünki onlar özləri-özlərinə elə bir dərin quyu qazıblar ki, çətin ki, o quyudan çıxa bilsinlər.
Artıq radikal düşərgə tam iflic olub, beş-on üzvləri var ki, onlar da düşərgəni tərk edirlər. Bu isə radikal müxalifət liderlərinin yarıtmaz fəaliyyəti ilə əlaqədardır. Belə "liderlərdən" biri də AXCP (i) sədri Əli Kərimovdur. O, neçə müddətdir ki, rəbərlik etdiyi partiyanın qurultayını keçirə bilmir. Təbii ki, üç-dörd partiya üzvləri ilə qurultay keçirə bilməz. Kərimov yarıtmaz, bacarıqsız siyasəti ilə AXCP (i)-ni ağır vəziyyətə salıb. Bu isə partiya üzvlərini qane etmir. Məhz bunun nəticəsidir ki, AXCP (i) üzvləri partiya sıralarını kütləvi şəkildə tərk edirlər və bu proses indi də davam etməkdədir. Belə olan halda isə partiyanın qurultayını keçirmək müşkül məsələyə çevrilib.
AXCP (i) sədri Ə.Kərimov artıq xaricdən də qrant ala bilmir. Bu isə partiya sədrini əməlli-başlı məyus edib, necə deyərlər bədlik bədlik arxasınca gəlir. Bu bəd əhvali-ruhiyyə Ə.Kərimovu "siyasətlə" vidalaşmaq məsələsi ilə üz-üzə qoyub. Əldə etdiyimiz məlumata görə, o, AXCP (i) sədri postundan istefa vermək üçün müxtəlif bahənələr, və "yollar" axtarır. Qurultayın keçirilməsinin digər səbəblərindən biri də budur. Beləliklə, Ə.Kərimov rəhbəri olduğu AXCP (i) tezliklə siyasi səhnədən silinəcək.