İsa Qəmbərovun təxribatçı səfəri
Müsavat başqanı İsa Qəmbərov digər radikal müxalifət liderləri kimi ancaq "siyasi şoular"ı ilə gündəmdə qalır. Bu siyasi şoumenlər öütün "fəaliyyətləri" dövründə dövlətçilik, xalqın maraqlarına zidd hərəkətlər edir və onların bu hərəkətləri bu gün də davam etməkdədir. Məhz bütün bunların nəticəsidir ki, onlar olan-qalan "imiclərini" də itiriblər.
Məlumata görə, Müsavat başqanı İ.Qəmbərov hər zaman anti-Azərbaycan mövqeyi sərgiləyən rusiyalı deputat Jirinovskinin dəvəti ilə Rusiyaya səfər edəcək. Əqidədaşların görüşünün arxasında gizli məqamlar dayanır. Qərbin qrantlarından əli üzülən İ.Qəmbərov indi də Rusiyaya üz tutub. Təbii ki, Qəmbərov-Jirinovski görüşü təxribatçı ideyalardan başqa bir şey deyil. Azərbaycana, azərbaycanlılara mənfi münasibətilə yadda qalan Jirinovski ilə görüşə başqa nə ad vermək olar? Buna görə də, Müsavat başqanı ilə rusiyalı parlamentar arasında baş tutacaq görüşdən milli dövlətçiliyimiz, xalqımızın maraqlarına uyğun nəsə gözləməyə dəyməz.
Beləliklə, başı partiyadaxili münaqişələrə qarışan İ.Qəmbərov indi də anti-Azərbaycan mövqeli insanlarla görüş keçirir. Yəqin, Müsavat başqanı Jirinovskidən "qrant" qoparmaq istəyir. Təki axırı xeyir olsun.