PDF Oxu

Siyasət

  • 4

Müxalifət düşərgəsində partiyadaxili münaqişə genişlənməkdədir

Müxalifət düşərgəsində partiyadaxili münaqişə genişlənməkdədir
Müxalifət düşərgəsində hər zaman olduğu kimi, bu proses bu gün də qalmaqal baş verməkdədir. Yazıqların əlindən bu gəlir. Çünki siyasət bunlarlıq deyil. Xaricilərin 5-10 man qrantı hesabına ömür sürən radikallar, gündəmdə qalmaq üçün hər dəfə bir bəhanə tapırlar. Onların növbəti bəhanəsi isə "referendum məsələsi"dir. Bu məsələ radikalçıları əməlli-başlı çaşdırıb. 2008-ci ildə prezident seçkilərinin məyusluğundan hələ də qurtula bilməyən bu "bəylər", indi də "referendum məsələsi"ni gündəmə gətirməklə "siyasi dividend" qazanmaq istəyirlər. Beş-on üzvə malik olan radikal partiyalar - AXCP (i), Müsavat və bu tipdə olan partiyaların sədrləri, indi də "təşəbbüs qrupu" yaratmaq sövdasına düşüblər. Yeni "yaratdıqları" "Respublika və Qarabağ Uğrunda Hərəkat" radikalların başına bəla olub. "Bəylər"ə deyən gərəkdir ki, siz nə vaxtdan respublikanı, Qarabağı düşünmüsünüz ki, indi də belə hərəkat yardırsınız?

Müsavat başqanı İ.Qəmbərov yeni yaratdıqları hərəkatı "genişləndirmək" üçün AMİP-ə üz tutub. AMİP isə Müsavat başqanının arzusunu puç edib. Belə ki, adıçəkilən partiyanın lideri Etibar Məmmədov Müsavat başqanına "atval" verib. Çünki E.Məmmədov istəmir ki, İ.Qəmbərovun kölgəsi altında "fəaliyyət göstərsin". Ümumiyyətlə, son vaxtlar AMİP, Müsavat, AXCP (i) arasında qalmaqallar, savaşlar genişlənməkdədir. "Bəylər"in "birləşmək istəyi" düşmənçiliklə nəticələnib. Necə deyərlər, qaş düzəltdikləri yerdə , vurub göz çıxarıblar. Bir düşərgəyə ki, Lalə Hacıyeva, E.Məmmədov, İ.Qəmbərov, Ə.Kərimov kimi "siyasətçilər" rəhbərlik edə, elə həmin partiyaların da aqibəti belə olacaq.

Digər xəbərlər