PDF Oxu

Siyasət

  • 7

Prezidentin bir sıra Sərəncam və fərmanlarında dəyişikliklər edilib

Prezidentin bir sıra Sərəncam və fərmanlarında dəyişikliklər edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və "Dövlət Əmlakının Özəlləşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 2006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanılmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının 2-ci bəndinin üçüncü abzasından "Prezidentinin yanında" sözləri çıxarılıb.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə"nin 2-ci bölməsinin 4-cü bəndindən, 5-ci bölməsinin 1-ci bəndinin ikinci abzasından, 2-ci bəndinin birinci, dördüncü, beşinci və on birinci abzaslarından, 4-cü bəndinin birinci və ikinci abzaslarından, 6-cı bəndindən, 6-cı bölməsinin 4-cü bəndindən, 7-ci bölməsinin 7-ci bəndindən (hər iki halda), 8-ci bəndindən, 8-ci bölməsinin 1-ci bəndindən, 9-cu bölməsinin 1-ci və 5-ci bəndlərindən "Prezidenti yanında" sözləri götürülüb.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında Əsasnamə"nin 2.1-ci bəndinin dördüncü abzasından, 3.2-ci bəndinin ikinci abzasından (hər iki halda), 3.4-cü, 3.8-ci bəndlərindən, 4.1-ci bəndinin ikinci abzasından, 6.3-cü bəndindən, 6.4-cü bəndinin birinci və ikinci abzaslarından isə "Prezidenti yanında" sözləri çıxarılıb. Prezidentin digər müvafiq Fərman və sərəncamlarına da uyğun düzəlişlər edilib.

Digər xəbərlər