PDF Oxu

Siyasət

  • 3

İmmiqrasiya və dövlət rüsumu haqqında qanunlara dəyişikliklər tətbiq ediləcək

İmmiqrasiya və dövlət rüsumu haqqında qanunlara dəyişikliklər tətbiq ediləcək
Prezident İlham Əliyev "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
öz səlahiyyətləri daxilində "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər