Bolqarıstanın Azərbaycana səfiri təyin olunub Vasil Kalinovu öz etibarnamənin surətini Elmar Məmmədyarova təqdim edib
Dünən xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunan səfiri Vasil Kalinovu qəbul edib. Bu barədə məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan-Bolqarıstan arasındakı münasibətlərin daha da inkişaf və genişlənməsinə xidmət edəcəyini söyləyib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir V.Kalinovu Azərbaycana səfir təyin edilməsi münasibətilə ürəkdən təbrik edib və ölkələr arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
Sonra tərəflər ikitərəfli münasibətlər və bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.