Prezident İlham Əliyev Yozef Blatterə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatterə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Blatter, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonların sevimli idman növünün təbliği və yayılması sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, Azərbaycan ilə rəhbərlik etdiyiniz dünya futbol təşkilatı arasındakı əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar diləyirəm."