Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Litva Respublikasının Baş naziri Andrius Kubiliusu qəbul edib. Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, əməkdaşlığımızın daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.