Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.