PDF Oxu

Siyasət

  • 23

Prezident başsağlığı məktubları göndərib

Prezident başsağlığı məktubları göndərib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli Dmitri Anatolyeviç, "Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram."

* * *

Prezident İlham Əliyev həmçinin Ukrayna Prezidenti Viktor Yanukoviçə də başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli Viktor Fyodoroviç, Rovno vilayətində qocalar evində yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm."

Digər xəbərlər