PDF Oxu

Siyasət

  • 26

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, 1. 9 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bayandur-Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,0 (dörd) milyon manatı Tərtər Rayon İcra Hakimiyyətinə ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Dövlətimizin başçısı bundan başqa, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Rəşid Cəmil oğlu Cavanşirin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərovun "Şöhrət" ordeni ilə təltif edilməsi barədə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası haqqında bir sıra Sərəncamlar imzalayıb.

Digər xəbərlər