Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Ramiz oğlu Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında və "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncamlar imzalayıb.