Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Əflatun Rufi oğlu Rufiyevin Siyəzən rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə
Arif Adil oğlu Qasımov Siyəzən rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Eyni zamanda Prezident İlham Əliyev müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin 90 illiyi, Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illik yubileylərinin keçirilməsi haqqındı sərəncam imzalayıb.