PDF Oxu

Siyasət

  • 38

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib

Prezident İlham Əliyev Belçikanın Kralı Əlahəzrət II Albertə təbrik məktubu göndərib. Prezientin məktubunda deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və rifah arzulayıram."

X X X

Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə də təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli Çingiz Hüseynzadə! Sizi - respublikamızda Olimpiya hərəkatının nümayəndəsini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı vaxtdan etibarən Siz ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi işinə töhfələr vermisiniz. Ötən illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmasında Sizin də xidmətiniz vardır. Hazırda dünyada idman ölkələrindən biri kimi tanınan Azərbaycanın mötəbər beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində məqsədyönlü fəaliyyətiniz təqdirə layiqdir. Bu istiqamətdə apardığınız səmərəli işlər Beynəlxalq Olimpiya Komitəsi və onun ayrı-ayrı qurumları tərəfindən lazımınca qiymətləndirilmişdir. Ümidvaram ki, Siz respublikamızda Olimpiya Hərəkatının genişləndirilməsi və inkişaf etdirilməsi naminə bundan sonra da öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz."

Digər xəbərlər