PDF Oxu

Siyasət

  • 61

Erməninin başında çatmayan şey

Erməninin başında çatmayan şey

Bu günlərdə Ermənistan prezidentinin gənclərlə görüşündə səsləndirdiyi fikirlər Azərbaycan və Türkiyədə ciddi etiraz doğurub. Azərbaycan BMT-yə məktubunda Ermənistan prezidentinin təxribatçı bəyanatları və həyasız davranışını törətdiyi cinayətlərə görə cəzasız qalmasının təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyev isə bu fikirlərin anormal təfəkkürün məhsulu olduğunu bildirib.

"Onlar real dünyada yox, xəyal dünyasında yaşayırlar"

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi birgə mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyanın erməni gəncliyinə xitabən "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağı azad etmək də sizin öhdənizə düşür" bəyanatına münasibət bildirərkən deyib ki, əslində, bu, Ermənistanın işğalçı mahiyyətini göstərir.

"Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran vəziyyətindədir- yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa, bu ölkə çökər.

Belə vəziyyətdə, real əhalisi 1 milyon 800 min nəfər olduğu halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Amma yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək.

Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə, onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz"- deyə Azərbaycan Prezidenti deyib.

Sarkisyanın yuxulu sərsəmləmələri və ermənilərin Ağrı dağ ağrıları

Bu fikirlər həm Azərbaycanda, həm də Türkiyədə rəsmi və ictimai səviyyədə ciddi təpki ilə qarşılanıb. Ermənistan prezidentinin çıxışı Azərbaycan və Türkiyəyə qarşı açıq ərazi iddiasıdır. Serj Sarkisyan bu çıxışı ilə Azərbaycan ərazilərinin işğalına haqq qazandırdı və Türkiyəyə qarşı ərazi iddialarını ortaya qoymuş oldu. Onu gələcək nəsillərin işi, vəzifəsi olaraq müəyyənləşdirir.

Böyük dövlətlər Azərbaycanı və Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmağa çağırırlar. Münasibətlərin normallaşmasında Azərbaycan və Türkiyə tərəfdən heç bir əngəl yoxdur. Bu münasibətlərin normallaşmasına başlıca əngəl Ermənistanın bu ölkələrə qarşı münasibətdə yeritdiyi siyasətdir.

Ermənistan tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımından imtina etmir, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və təzminat tələbindən imtina etmir.

Bu, bir daha göstərir ki, Ermənistanda gəncləri ifrat millətçi, yəni işğalçı ruhda tərbiyə olunurlar. Serj Sarkisyan Ermənistanın təcavüzkar niyyətlərini ortaya qoyur və Ermənistan xarici siyasətinin işğalçılıq siyasətlərinin həyata keçirilməsinə yönəldiyini göstərir.

"Regionda təhlükəsizlik üçün problemi Ermənistan yaradır"

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı erməni rəhbərinin fikirlərini xəstə təfəkkürün məhsulu adlandıraraq deyib: "Dağlıq Qarabağla bağlı söylədikləri ilə Sarkisyan özünün Avropa Şurası Parlament Assambleyasında dediklərini təkzib etmiş oldu. O, AŞPA-da bildirmişdi ki, Ermənistan heç bir zaman Azərbaycana qarşı heç vaxt ərazi iddiaları irəli sürməyib, Azərbaycan ərazilərini işğal etməyib. İndi isə bilirik ki, bizim nəsil, yəni öz yaşlı nəsli onun fikirləri ilə "tarixi erməni torpaqlarının bir hissəsini azad etdi", gələcəkdə "qərb torpaqlarının azad edilməsi gənclərin üzərinə düşür".

Politoloqun fikrincə, Sarkisyanın Qarabağla bağlı söylədikləri bir sıra məqamlarına görə mütləq münasibət bildirilməlidir: "Birincisi, ATƏT-in Minsk Qrupu bu münaqişənin həllindən ötrü yaranıb və belə bir şəraitdə Ermənistan rəhbərinin bu cür bəyanatları münaqişənin dinc yolla həllinə yönəlməyib. Bu, bir daha göstərir ki, regionda təhlükəsizlik üçün başlıca qorxu Ermənistandan gəlir və Ermənistan təhlükə mənbəyidir.

Ermənistanın belə bir siyasəti davam etdikcə Cənubi Qafqazda sülh, sabitlik, əməkdaşlıq ola bilməz. Regionun demokratikləşməsi, insan haqlarının qorunması və Avropaya inteqrasiya istiqamətində başlıca mahiyyət Ermənistanın siyasətidir.

Sarkisyanın bu bəyanatına ATƏT-in Minsk Qrupunun həmsədrləri öz münasibətlərini bildirməlidirlər. Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlamaq istəyinin olmadığını aydın şəkildə göstərir".

"Sarkisyanı normal adam hesab etmək olmaz, onun psixi durumu yoxlanmalıdır"

"Qarabağ Azadlıq Təşkilatı" ("QAT") Serj Sarkisyanın işğalçı niyyətli növbəti açıqlaması ilə bağlı bəyanat verib. "QAT"-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəyanatda bildirilir: "İşğalçı Ermənistanın terrorçu prezidenti Serj Sarkisyanın növbəti dəfə özünü və təmsil etdiyi rejimi ifşa edən açıqlama ilə çıxış etməsi beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Bu cür bəyanatla çıxış edən şəxsi normal adam hesab etmək olmaz.

Bu şəxsin ruhi xəstə olduğu artıq heç kəsdə şübhə doğurmamalıdır. Hesab edirik ki, bu etirafdan sonra beynəlxalq təşkilatlar öz mövqelərinə aydınlıq gətirməli, işğalçı Ermənistana qarşı adekvat mövqe tutmalı, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində addımlar atmalıdır".

Bəyanatda beynəlxalq qurumlar tərəfindən S.Sarkisyanın psixi durumunun araşdırılması üçün komissiyanın yaradılmasının vacibliyi də qeyd olunub: "Bu cür anormal şəxsin hansısa ölkəyə başçılıq etməsi təhlükəlidir".

Türkiyə XİN: "Sarkisyanın sülh üçün niyyəti olmadığı görünür"

Sarkisyanın sərsəmləmələrinə Türkiyədən də ciddi təpki verilib. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Öz ictimaiyyətini, xüsusilə, gəncləri sülh, əmin-amanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən biri olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir".

Bəyanatda, həmçinin, deyilir: "Regionda sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.

Regionda sülh, əmin-amanlıq və ədalətin hakim olunması üçün səy göstərən hər kəsin Sarkisyanın təəssüflə qarşıladığımız sözlərindən lazımi nəticəni çıxaracağına inanırıq".

Azərbaycan Ermənistan prezidentinin anormal çıxışı ilə bağlı BMT-yə rəsmi müraciət edib

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan prezidentinin son bəyanatlarına BMT səviyyəsində kəskin etirazını bildirib. Azərbaycanın BMT-də müvəqqəti işlər vəkili Tofiq Musayev baş katib Pan Gi Muna məktub göndərib.

T.Musayev BMT baş katibinə məktubunda diqqəti Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 22-də Avropa Şurası Parlament Assembleyasında, habelə, Ukraynaya rəsmi səfəri zamanı və iyulun 9-da Gənc Zabitlərin İlk Ordu Konfransında çıxışlarına yönəldib. Məktubda deyilir ki, bu bəyanatlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin kökündə duran səbəbləri, müharibənin gedişini və nəticələrini hay-küylə təhrif etməyin ən utanmaz nümunəsidir.

"Ermənistan prezidentinin Kazan görüşü ərəfəsində və danışıqlardan dərhal sonra verdiyi qəfil emosional bəyanatlar göstərir ki, İrəvan rəsmiləri hələ də illüziyaların fəlakətli təsiri altındadırlar".

Məktubda bildirilir ki, Azərbaycan erməni tərəfinin təxribatçı əməllərinə və bəyanatlarına kəskin etirazını bildirir və təcavüzkarın həyasız davranışını törətdiyi cinayətlərə görə cəzasız qalmasının təzahürü kimi qiymətləndirir. Azərbaycan hesab edir ki, Ermənistan rəhbərliyinin nümayişkaranə ritorikası münaqişənin həlli prosesinə inamsızlıq yaratmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq və Ermənistan əhalisinin diqqətini ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.

Dünya birliyi Sarkisyanın müharibəyə çağırış bəyanatına ciddi təpki verməlidir

Ümumiyyətlə, Sarkisyanın bu fikirləri beynəlxalq hüquqa tüpürməkdir. Bu, dünya birliyinin iradəsinə, beynəlxalq prinsiplərə zidd olan fikirlərdir. Bu üzdən Azərbaycan və Türkiyədən Ermənistanla münasibətlərin normallaşdırmağı tələb edən ölkələr Ermənistan rəhbərinin bu mövqeyinə açıq şəkildə münasibət bildirməlidirlər.

Ermənistanın təcavüzkar siyasətini pisləməlidirlər. Dünya birliyi deyə bir şey varsa, buyursunlar, ortada açıq fakt var- Ermənistan prezidentinin bütün dünya qarşısında bəşəri prinsipləri tapdağı ilə bağlı. Demokratiya, azadlıq, sülh sözlərini əldə bayraq edib, ölkələrə təzyiq edənlər buna münasibət bildirməlidirlər.

Əgər dünyada ikili standrtalar deyə bir şey yoxdursa, əgər beynəlxalq təşkilatlar boşuna yaradılmayıbsa, onda Ermənistanın dünyaya qarşı aşkar təhqirinə konkret və layiqli cavab verilməlidir.

Yeri gəlmişkən, ermənilərin, xüsusilə də, Ermənistan hakimiyyətində olanların başında çatmayan şey ağıldır. Artıq normal insanlarda şübhə yoxdur ki, ermənilərin ağır psixi problemləri var. Bu, genetik bir xəstəlikdir və müalicəsində gerçəkdən dünya birliyi onlara yardım etməlidir. Azərbaycan da bu işdə kömək göstərməyə hazırdır.

Elçin Bayramlı

Digər xəbərlər