PDF Oxu

Siyasət

  • 42

Nikola Sarkozi oktyabrda Azərbaycana səfər edəcək

Nikola Sarkozi oktyabrda Azərbaycana səfər edəcək

Fransa prezidenti Nikola Sarkozi Azərbaycana səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu ilin oktyabrında Cənubi Qafqaz səfəri çərçivəsində Fransa prezidenti Gürcüstana, daha sonra Ermənistana səfər edəcək. Sonda isə N. Sarkozi Azərbaycanın qonağı olacaq.

Bu barədə yazan Ermənistanın "Qraparak" qəzeti həmçinin qeyd edir: "Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq, Nikola Sarkozinin Azərbaycan və Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini ehtimal etmək olar"- deyə nəşr edib

Digər xəbərlər