Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Sellapan Ramanatana təbriu məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında təşəkkül tapmış münasibətlər daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına sülh və rifah arzulayıram."