Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu göndərib. Dövlətimizin başçısı məktubunda İndoneziya Prezidentini və xalqını milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: "Əminəm ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram".