PDF Oxu

Siyasət

  • 15

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Siyəzən və Şabran rayon İcra Hakimiyyətlərinin hər birinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Ölkə Prezidenti eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında, Yaşar Tofiqi Əliyevin Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnam Sosialist Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması barədə, Gürsel Qüdrət oğlu İsmayılzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi barədə, Gürsel Qüdrət oğlu İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, Lətif Seyfəddin oğlu Qəndilovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə, Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında və Elxan Polux oğlu Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi barədə bir sıra Sərəncamlar imzalayıb.

Digər xəbərlər