Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik məktubu göndərib.
Dövlətimizin başçısı məktubunda Çıonq Tan Şanqı və Vyetnam xalqını milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib: "Ümidvaram ki, Azərbaycan-Vyetnam münasibətlərinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və firavanlıq arzulayıram".
***
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Toomas Hendrik İlvesi yenidən Estoniya Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Təbrik məktubunda Prezident İlham Əliyev dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Estoniya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.