Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib. Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd ediblər.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon müqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik etmiş, xalqlarımıza əmin-amanlıq və firavanlıq arzulayıblar. Dövlət başçıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.