PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Rousseffə təbrik məktubu göndərib. Dövlətimizin başçısı məktubunda xanım Dilma Rousseffi və Braziliya xalqını milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: "Əminəm ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Braziliya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Digər xəbərlər