PDF Oxu

Siyasət

  • 9

Avstriya ilə Azərbaycan arasında uğurlu iqtisadi tərəfdaşlıq mövcuddur

Avstriya ilə Azərbaycan arasında uğurlu iqtisadi tərəfdaşlıq mövcuddur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Avstriyanın OMV şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, "Nabukko" layihəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edildi. Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriyanın dövlət başçısına və Avropa İttifaqının komissarı Gunter Ottingerə çatdırmağı xahiş etdi.

Digər xəbərlər