Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Dövlətimizin başçısı Tacikistan Prezidentini və xalqını milli bayram - Müstəqillik günü münasibətilə təbrik etmişdir. Prezident İlham Əliyev tarixi ənənələrə əsaslanan Azərbaycan-Tacikistan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsi, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimizin inkişafı yolunda qarşılıqlı səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Tacikistan Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Tacikistan xalqına sülh və rifah arzulayıb.