Prezident İlham Əliyev professor Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Prezident İlham Əliyev eyni zamanda, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahlar Qaçay oğlu Əsgərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.